Şrift ölçüsü:
A+
A
A-
Kr
20 Aprel 2016

Eldar Mahmudovun haker qrupunun ağlagəlməz cinayəti

Sabiq nazirə yaxın 6 nəfərdən ibarət dəstə MTN-dəki məlum əməliyyatdan əvvəl yoxa çıxıb 6 ay əvvəl MTN-də həyata keçirilən qəfil əməliyyat xüsusi xidmət orqanı generallarının daxil olduğu böyük bir cinayətkar şəbəkəni ortaya çıxardı. Millətin təhlükəsizliyinin keşiyində durmalı olan bir qurumun rəhbərliyinin başdan-ayağa qanunsuzluğun içində olduğu haqda yayılan məlumatlar da bu əməliyyatdan sonra fakt şəklini aldı.

MTN-də baş verən qanunsuzluqlar o dərəcə geniş idi ki, əməliyyatdan 2 ay sonra MTN bir qurum kimi ləğv olundu. Ləğv olunmuş qurumun rəhbərliyində təmsil olunan idarə, mərkəz rəisləri də daxil olmaqla, 20-yə yaxın şəxs həbsdədir. Bu şəxslər çeşidli cinayətlərdə ittiham olunurlar.

Redaksiyamıza daxil olan məlumata görə, sabiq nazir Eldar Mahmudovun MTN-də mənzillənən çetesinə haker qrupu da daxil olub. Sabiq nazirin susqun razılığı ilə həmin hakerlər vasitəsilə müxtəlif bankların sisteminə hücumlar təşkil olunub. Sonradan isə həmin banklara belə hücumların qarşısını almaq üçün MTN rəhbərliyi öz kadrlarını təklif edib yerləşdiriblər. Beləliklə də banklarda Eldar Mahmudovun maraqlarından çıxış edən kadrlar peyda olub.

Redaksiyamıza daxil olan məlumatda deyilir ki, həmin kadrlar vasitəsilə əldə olunan məlumatlar sonradan bankların rəhbərliyini daim şəxsi nəzarətdə saxlamağa imkan verib. Hakerlər qrupu ötən ilin oktyabrında MTN-də baş tutan əməliyyatdan az əvvəl oradan qovulub. Bu haqda redaksiyamızı bilgiləndirən qaynağımız deyib ki, 6 nəfərdən ibarət olan qrup üzvləri ABŞ banklarının birindən 150 milyon dolları oğurlayıb və dünyanın ən müxtəlif ölkələrində yerləşən banklar üzərindən Azərbaycandakı banklardan birinə yerləşdiriblər.

Həmin vaxt bank rəhbərliyi həbsdə olduğundan bankı Eldar Mahmudovun qudası Cahangir Hacıyevə yaxın kadrlar idarə ediblər. Yerli bankdakı hesaba 150 milyon dollar oturandan sonra oradan çıxarılıb. Məsələni ABŞ-ın müvafiq qurumları araşdırıb. Hakerlərin çırpışdırdığı pulun son nəticədə Azərbaycandakı bank hesabından çıxarıldığı müəyyən edilib. Bundan sonra Azərbaycanın müvafiq qurumlarına məsələ ilə bağlı məlumat verilib. Məsələ araşdırılıb və ölkə rəhbərliyi səviyyəsində pulun qaytarılması ilə bağlı qərar verilib.

Araşdırmalar zamanı həmçinin pulu ABŞ bankından çırpışdıran hakerlərin Eldar Mahmudovun yaxın əhatəsinə daxil olan şəxslər olduğu üzə çıxıb. Məlum olub ki, həmin hakerlər tez-tez Eldar Mahmudovun yaxın ətrafı ilə görüşürlər.

Qaynağımız bildirib ki, bu olaydan sonra Eldar Mahmudovun haker qrupundan xəbər yoxdur. Onların ölkədən qaçırıldığı haqda məlumatlar var. Belə ehtimallar da var ki, qeyri-rəsmi formalaşdırılan haker qrupu sabiq nazirin istəyinə uyğun olaraq bu və ya digər məmurun kompüter şəbəkəsinə daxil olmaqla məlumatlar toplayıb. Həmin məlumatlar sonradan məmurların şantaj olunmasında istifadə olunub. Şantaj olunan məmurlar sırasında nazirlərin olması haqda da bilgilər var.

Eldar Mahmudovun MTN-ə rəhbərliyi dövründə belə materiallardan istifadə etməklə ayrı-ayrı nazirlərdən, komitə və ASC rəhbərlərindən aylıq xərac toplaması haqda da mətbuatda zaman-zaman yazılar dərc olunub. Belə görünür ki, sabiq nazirin çox geniş əhatəli fəaliyyəti olub və bunları üzə çıxarmaq üçün hələ çox aylar lazım gələcək. Son nəticədə sabiq nazirin topladığı kompromatların onu xilas etmək gücündə olub-olmadığı da bilinəcək./criminal/

404 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
03.12.16, 10:15