Şrift ölçüsü:
A+
A
A-
Kr
20 Aprel 2016

Sosial yardımdan məhrum edilən əlil özünü doğradı

Sosial yardımdan məhrum edilən II qrup əlil özünü doğradı. Şikayətçi Sabunçu rayon Bakxanov qəsəbəsində yaşayan II qrup Əlil Elmar Əliyevdir. O, sosial yardım ala bilmir. Buna səbəb kimi ƏƏSMF-dan heç kimin işləməməsi göstərilib. Elmar Əliyev isə bildirir ki, əgər ailəmdə işləyən olsaydı, heç sosail yardım üçün müraciət etməzdi. Üstəlik həyat yoldaşının 41 yaşı olduğundan işə də götürmürlər.

Qeyd edək , Bakıxanov Sosial Müdafiə Fondunda bu birinci hal deyil. Bir qrup şikayətçi müraciət edərək eyni şərt qarşısında qaldığını bildirib. Hətta burada işədüzəltmə mərkəzinə müraciət edənlərə də maraqlı təkliflər irəli sürüldüyü iddia edilir. Müəlliməliyi bitirmişəm deyənə tibb bacısı işinə, xadiməliyə təklif olub. Əksəriyyətə isə ümumiyyətlə iş yerinin olmadığı bildirilir.

Maraqlıdır ki, tibbdən anlayışı olmayan birini bu sahədə necə işə düzəldirlər. Üstəlik sosial yardım almaq üçün gələnlərlə həmsöhbət olan şikayətçimiz onların heç də bu yardıma ehtiyacı olanlara oxşamadığını bildirir. Həm də sosial yardım almaq üçün gələnlərin hamısı əlavə işləyirik, maaş az olduğu üçün sosil yardım da alırıq deyiblər. Bəs görəsən iş tapa bilməyən adamlar sosial yardım almaq haqqına sahib deyillərmi. Yoxsa bu da Bakıxanov Sosial Müdafiə Fondununmu özlərinə sərf edən qanunlarından irəli gəlir?!/regionxəbərləri/
641 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı