Şrift ölçüsü:
A+
A
A-
Kr
20 Aprel 2016

Pakayin: “Rəşt-Astara dəmir yolunun tikintisi də davam etdirilir”

Qəzvin-Rəşt dəmir yolu xəttinin tikintisi 2017-ci ilin sonunda yekunlaşacaq və istismara veriləcək. Bununla yanaşı, Rəşt-Astara dəmir yolunun tikintisi də davam etdirilir.

Bu fikri İranın Azərbaycandakı səfiri Möhsün Pakayin İran mətbuatına açıqlamasında deyib.

Səfir bildirib ki, həm Azərbaycan, həm də İran hər iki dəmir yolu xəttinin tezliklə istifadəyə verilməsini istəyir. Çünki Şimal-Cənub nəqliyyat dəhlizinin əsasını təşkil edən bu dəmir yolları sonda İranın Qəzvin, Rəşt, Astara və Azərbaycanın Astara şəhərlərini birləşdirəcək. Məhz bu yolla yüklər İrandan Azərbaycana, Rusiyaya, Avropaya və əks istiqamətə daşınacaq. Avropadan daşınan yüklər isə Fars körfəzi vasitəsi ilə Hind okeanına çıxacaq. Bu dəhlizin tam olaraq işə düşməsı nəticəsində daşınan yüklərin həcmi artacaq və vaxta qənaət olunacaq.
471 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:57