Şrift ölçüsü:
A+
A
A-
Kr
20 Aprel 2016

Qoz-fındıq bizi bu xəstəlikdən qoruyacaq

Yoğun və düz bağırsaq xərçəngi (kolorektal xərçəng) bütün dünyada xərçəng xəstəlikləri arasında 2-ci yer tutur.
Cənubi Koreyanın Seul Universiteti alimləri araşdırmalar nəticəsində belə qərara gəliblər ki, qoz-fındığın həftədə ən azı 3 dəfə qəbulu insanları bu ağır xəstəliyin inkişafından qoruya bilər.
LiveScience xəbər verir ki, alimlər 3 minə yaxın sağlam və kolorektal xərçəngindən əziyyət çəkən insanların qidalanması haqqında məlumatlar toplayıblar. Məlum olub ki, sağlam insanlar xəstələrlə müqayisədə qidalanmasına tez-tez qoz-fındıq daxil edirdilər.
Alimlər həftədə 3 dəfədən az olmayaraq 1 ovuc qoz-fındıq yeməyi tövsiyə edirlər.
Bundan əvvəl müxtəlif ölkələrdə keçirilmiş araşdırmalar göstərib ki, qoz-fındıq piylənmə, şəkərli diabet və ürək-damar sistemi xəstəliklərinin inkişafından qoruyur./Saglamolun/
488 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber