Şrift ölçüsü:
A+
A
A-
Kr
23 Dekabr 2013

Fransada məscidə növbəti dəfə ehtiramsızlıq olub

Fransanın Bezanson şəhərindəki müsəlman məscidi növbəti dəfə təhqirə məruz qalmışdır. Yerli polis patrul xidmətinin əməkdaşları dekabrın 22-də səhər məscidin giriş qapısında asılmış donuz başı aşkar etmişlər. Məscidin ətrafında çoxlu donuz qulaqları da tapılmışdır.

Bu məscidin dəfələrlə islamafobiya aktlarına məruz qaldığını bildirən polis rəsmisi cari ilin fevralında məscidin divarlarına alman faşistlərinə məxsus xaç şəkillərinin çəkildiyini, "Yaşasın Milli Cəbhə!" sözlərinin yazıldığını xatırlatmışdır.

Şəhər meri naməlum şəxslərin bu hərəkətini müxtəlif xalqlar arasında təfriqə salmaq məqsədi daşıdığını bəyan etmişdir.

Baş verən hadisə ilə bağlı cinayət işi qaldırılmışdır.
1560 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
03.12.16, 11:50
Azərbaycan