Şrift ölçüsü:
A+
A
A-
Kr
20 Aprel 2016

Bu ölkəni elə günə saldınız ki…

Sadə vətəndaş da, iri sahibkar da üsyan edir

Ötən yazımızda da qeyd etmişdik ki, hökumətin birinci devalvasiyadan sonrakı anti-böhran tədbirləri heç bir nəticə verməyib. Əksinə, vəziyyət getdikcə daha da pisləşib. Elə bir sahə yoxdur ki, ötən müddət ərzində dirçəlmə müşahidə olunsun. Rəsmi təbliğat inkişafdan, islahatdan, işıqlı gələcəkdən xəbər versə də, reallıq bunun əksini göstərir.

Azərbaycanın ticarət dövriyyəsi kəskin azalmaqda davam edir. Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu ilin birinci rübündə ticarət əməliyyatlarının həcmi ötən ilin müvafiq dövrünə nisbətən 38 faiz azalaraq 3.6 milyard manat təşkil edib.ÿRəsmi məlumata görə neftdən kənar ixracın həcmi 2 dəfə azalıb. Bəli, ötən ilin müvafiq dövrü ilə müqayisədə idxal və ixracda kəskin azalma müşahidə olunur. Bundan əlavə ötən il ilə müqayisədə büdcədən kapital qoyuluşu 82 faiz azalıb. Maliyyə sektorunun 94 faizini təşkil edən bank sistemi iflasa uğrayıb.


Bugünlərdə ölkənin ən iri supermarket rəhbərləri bir araya gələrək Iqtisadiyyat naziri Şahin Mustafayevə müraciət ediblər. Xatırladaq ki, Azərbaycanın ən iri supermarket şəbəkələrindən olan “Rahat market” 28 mağazasından 10-nu bağlayıb, yüzlərlə işçi iş yerini itirib.

Sahibkarlar iqtisadiyyat nazirinə ünvanladıqları müraciətlərində bildiriblər ki, 2015-ci ilin fevral ayının 21-də baş verən devalvasiyadan sonra qiymət artımı və işçi ixtisarına getmədiklərinə görə, Azərbaycanın əsas supermarket şəbəkələrinin mənfəət marjaları minimuma enib. Lakin qiymətləri qaldırmadan şəbəkələrdə rentabelliyi və işçi sayını qoruyub saxlamaq mümkün deyil. Maddi sıxıntılar mağazaların bağlanmasına və işçilərin ixtisarına səbəb olub.

Deməli, hökumətin ciddi islahatlar vədindən sonra bank sektorunda geriləmə sürətlənib, idxal-ixracda kəskin azalma baş verib, büdcədən kapital qoyuluşu 82 faiz azalıb, sahibkarlar “ağ bayraq” qaldırıb və s.

Əgər ölkənin ən iri sahibkarları iflasdan, tənəzzüldən danışırlarsa, vəziyyətin kəskin pisləşdiyini bildirirlərsə, sadə vətəndaşın hansı vəziyyətdə olduğunu təsəvvür etmək çətin deyil. Faktiki olaraq ölkədə sürətli yoxsulluq və işsizlik prosesi gedir. Bu qədər sərəncamlar, yaradılmış qurumlar, müşavirələrdəki vədlər real addımlarla nəticələnmədi. Hökumət ən ağır vəziyyətdə də imitasiyadan əl çəkmədi, köklü islhatlara start vermədi. Ölkənin hər gün bir az da uçuruma yuvarlanması hökuməti silkələmədi. Çünki, uzun illər ərzində yüksək vəzifə tutmuş adamlar bundan sonra 100 il də xərcləyə biləcəkləri qədər pul yığıblar. Vətəndaşın ac qalması, dövlətin gücdən düşməsi onları qətiyyən maraqlandırmır.

Birinci devalvasiyadan 1 ildən artıq vaxt ötüb, amma heç bir sahədə nəticə yoxdur. Bəs, fövqəladə iş rejiminə keçən hökumətin fəaliyyəti nədə ifadə olunur? Niyə bu müddət ərzində hansı sahədə 1-2 faizlik irəliləmə yoxdur?

Mövcud hakimiyyət ölkəni elə bir vəziyyətə salıb ki, özləri də bu bataqlıqdan çıxa bilmir. Iqtisadiyyatın qan-damarı olan amillər sıradan çıxıb. Sahibkarlar üsyan edir, bir hissəsi ölkədən qaçır, bütün əməliyyatlarda kəskin azalma var. Bu mənzərəni görən hansı iş adamı ölkəyə sərmayə yatırır, xarici investorları ölkəyə necə cəlb etmək mümkündür?

Bu qədər məsuliyyətsizlik, səriştəsizlik, biganəlik cinayətə bərabərdi. 23 illik yalançı analoqsuzuqdan sonra hökumət yenə də aldatmaqla, görüntü yaratmaqlIlham Əliyev bu iflas rəqəmlərini nə ilə izah edəcək? Bu qədər geriləmədən sonra görülən işlərdən, nailiyyətlərdən danışmaq sadəcə vətəndaşı ələ salmaqdır.

Nəticə budur ki, sadə vətəndaş da, iri sahibkar da üsyan edir. Rəsmi rəqəmlər isə bu hakimiyyətin istefaya getməli olduğunu qışqırır./azadliq/
509 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber