Şrift ölçüsü:
A+
A
A-
Kr
20 Aprel 2016

Ruslar Lenini basdırmaq istəyir

Rusların əksəriyyəti Leninin basdırılmasına tərəfdardır.

Bunu ölkədə keçirilən sorğunun nəticələri üzə çıxarıb.

VÇİOM mərkəzinin sorğusunda iştirak edən respondentlərin 60 faizi Leninin dəfn edilməsini istəyir. Sorğu iştirakçılarının bir qismi (24 faizi) isə hesab edir ki, Lenini onu dəyərli hesab edən nəsil həyatdan gedəndən sonra torpağa tapşırmaq olar.

Qeyd edək ki, Rusiyada bu müzakirələrə Leninin saxlanılması üçün hər il dövlət büdcəsindən böyük vəsaitin ayrılması səbəb olub. Rəsmi məlumata görə, 2016-cı ilin büdcəsindən bu məqsədlə 13 milyon rubl ayrılıb.
493 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
02.12.16, 10:13