Şrift ölçüsü:
A+
A
A-
Kr
20 Aprel 2016

“Məndə 300-dən çox kaset var…” –Nemət Pənahlı arxivini açacaq

Milli Azadlıq Hərəkatının rəhbərlərindən olan, keçmiş siyasi məhbus Nemət Pənahlı meydan hərəkatı və 20 yanvar hadisələri ilə bağlı arxivini açacaq.

Bu barədə Nemət Pənahlı musavat-a açıqlamasında bildirib.

O deyib ki, hazırda arxivində həmin dövrün hadisələrini əks etdirən 300-dən çox videokaset var və tezliklə onları köçürüb, internet üzərindən yayımlayacaq ki, xalq tarixi həqiqətləri görsün:

“Azadlığa çıxandan sonra əsas məqsədim videoarxivimi internetə yükləyib, cəmiyyətə həqiqəti çatdırmaqdır. Çünki 20-30 illik fəaliyyətimlə bağlı bütün məlumatlar cəmiyyətə təhrif olunmuş formada çatdırılıb. 1988-ci ilin meydan hadisələrindən 27 il keçib. Meydan hərəkatı ilə bağlı kinostudiya 55 dəqiqəlik film çəkmişdi. Bu günə qədər o xalqdan gizlədilib. “20 Yanvar” hadisəsindən keçən bu müddət ərzində məni daim ittiham ediblər. Əleyhimə şayiə-böhtan yayıblar ki, guya Nemət Pənahlı hadisələr zamanı qaçdı, gizləndi. Halbuki Şəhidlər Xiyabanının yerinin seçilməsindən tutmuş, şəhidlərin dəfninə qədər hamısına özüm rəhbərlik etmişəm. Əslində qaçıb gizlənənlər başqaları olublar. Dəfndən sonra mən 4 saat tankın, topun altında mitinq keçirmişəm. Bunun videogörüntüləri də var, ancaq bugünə qədər millətdən gizlədiblər. Bu videolar mənim arxivimdə də var”.

Nemət Pənahlı onun “20 Yanvar” hadisələri zamanı göstərdiyi fəaliyyətin efirdən gizlədildiyini deyib:

“20 Yanvar” hadisəsi ilə bağlı videolar göstəriləndə bizim kölgəmiz də göstərilmir. İndi internetin verdiyi imkanlar var ki, mən bu videoları yükləyim, xalqa təqdim edim. Məndə 300-dən çox kaset var. Əksəriyyəti köhnə lentlərdədir. Onları köçürməyə də zaman lazımdır. Tezliklə bu işə başlamaq istəyirəm ki, xalq həqiqəti, reallıqları görsün. Bu günə qədər həm hakimiyyət, həm də müxalifət tərəfindən tarix təhrif edilib. Hərə öz istədiyi kimi tarixi saxtalaşdırıb, cəmiyyətə təqdim edib. Bugünkü gənclər isə onlara göstərilən o saxta faktları bilirlər, həqiqəti bilmirlər. Bunun üçün ən gözəl yol faktları ortaya qoymaqdır”.
562 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 10:04