Şrift ölçüsü:
A+
A
A-
Kr
20 Aprel 2016

Biləsuvarda yoxa çıxan 14 yaşlı qızın meyidi tapılıb

Aprelin 15-də axşam saat 9 radələrində Biləsuvar rayonunun Səmədabad kəndindən keçən Əzizbəyov kanalının üzərindəki körpüdən 5 gün əvvəl yoxa çıxmış 14 yaşlı Şərbiyyə Fərhad qızının üzərində zorakılıq əlamətləri olamayan meyiti tapılıb.

Aprelin 15-də axşam saat 9 radələrində kənddən keçən Əzizbəyov kanalının üzərindəki körpüdən itkin düşmüş qıza məxsus olan ayaqqabılar və gödəkçə tapılmışdı. Bu da ehtimal yaratmışdı ki, uşaq özünü kanala ataraq intihar edib. Ona görə də, FHN-in dalğıc-xilasediciləri tərəfindən qızın axtarışları aparılırdı.

Onu da qeyd edək ki, itmiş qızın valideynləri Kəlbəcər qaçqınlarıdır və fermada çobanlıqla məşğul olurlar./virtualaz/
572 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber