Şrift ölçüsü:
A+
A
A-
Kr
20 Aprel 2016

Suriya təmsilçisinin "Euronews"a müsahibəsi: "Biz Avropa terrorunun qurbanlarıyıq"

Suriya "müxalifəti" Cenevrə danışıqlarında pauza götürəndən sonra, bu danışıqlar iflasa uğramaq astanasına yaxınlaşıb.
Deyerler.org-un "Euronews"a istinadən verdiyi xəbərə görə, rəsmi Dəməşqin bu danışıqlarında mövqeyini təmsil edən Bəşər Cəfəri "Euronews"a geniş müsahibə verib.

Faiza Qarah Euronews: "Bir müddət bundan əvvəl siz Suriya "müxalifəti"nin qanunsuz hesab etdiyi parlament seçkilərini keçirmisiniz".

Suriyanın Birləşmiş Millətlər Təşkilatı üzrə nümayəndəsi Bəşər Cəfəri: "Müxalifətin özü qeyri-qanunidir. Bu seçkilərin qanunsuz olduğunu deyənlər özləri qanunsuzdular. Bu fikir müxalifətin bir qisminindir, bütün müxalifət üzvləri bu mövqeyi paylaşmırlar. Misal üçün, götürək Səudiyyə Ərəbistanını, bu ölkə nəyə nail olmaq istəyir? Bu ölkə Suriyanı dağıtmaq istəyir. Səudiyyə Suriya böhranına həll yolu axtarmır. Sizin bu gün gördüyünüz kimi, Səudiyyə spekulyasiya edir. Onların bir neçə qrupu var. Onlar danışıqları donduracaqlarını bəyan edirlər. Onların işləmələri və siyasi prosesə dəstək vermələri üçün konfet paylamaq lazımdır".

Euronews: "Bir çoxları bəyan edirlər ki, Suriya artıq öz qərarlarının sahibi deyil, çünki Rusiya, İran və Hizbullah müdaxilə edib".

Bəşər Cəfəri: "Bizə açıq-aydın formada terrora qarşı mübarizə aparmağa yardım edən istənilən dövlət və orqan bunu Suriya ordusunun və hökumətinin koordinasiyası ilə edir. Biz bunu alqışlayırıq. İstər bu rusiyalı müttəfiqlərimiz olsun, istərsə də Hizbullah və iranlılar olsun. Onlar Suriya ərazisində mərkəzi hökümətin icazəsi və xahişi əsasında terrora qarşı mübarizə aparırlar".

Euronews: "Avropanın Suriya münaqişəsinin həllində rolu nədən ibarətdir?"

Bəşər Cəfəri: "Bu gün Avropa terroru adında yeni məfhum var. Onlar əvvəl iddia edirdilər ki, ərəb və İslam terroru mövcuddur. Bu gün isə biz Avropa terrorunun qurbanlarıyıq. Bu terrorun mənbəyi Brüssel, Paris, London, İspaniya, Almaniya və İtaliyadan gəlir".
Euronews: "Yəni siz hesab edirsiz ki, Avropa terroru dəstəkləyir?"
Bəşər Cəfəri: "Təbii ki, Avropa ölkələrinin hökumətləri bu terrorçuların İraq və Suriyaya daxil olmalarına vasitəçilik ediblər. Bir terrorçunun Parisdən, Londondan, Brüsseldən, Bostondan və ya Avstraliyadan, onlarla ölkədən keçərək Suriyaya pasportsuz və vizasız daxil olmalarına təbii ki, inanmazsız. Onların xüsusi xidmət orqanlarının nəzarətindən yayınaraq İordaniyadan və Türkiyədən Suriyaya daxil olmalarına da çətin ki, inanarsız".
Euronews: "Terrorda ittiham etdiyiniz ölkə var?"
Bəşər Cəfəri: "Avropadan gələn hər bir terrorçuya görə onun gəldiyi ölkənin höküməti məsuliyyət daşıyır. Britaniya və ya Fransa baş nazirləri bəyan edirlər ki, bu terroçular vətənə qayıtsalar vətəndaşlıqdan məhrum olacaqlar. Onlar bununla terrorçuların Suriyada qalmağa və Avropaya qayıtmamağa sürükləyirlər? Əgər bu dövlətlər həqiqətən də İraq və Suriyaya hücum edən terrorçuların qarşısını almaq istəyirdilərsə, onlar terrorçulara öz ərazilərini tərk etməyə imkan verməzdilər".
551 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı