Şrift ölçüsü:
A+
A
A-
Kr
21 Aprel 2016

Terakt fəsadı: Türkiyəyə uçuşlar dayandırılır

ABŞ-ın “Delta Airlines” hava yolları şirkəti Nyu York-İstanbul uçuşlarını dayandırıb.

Ans-in məlumatına görə, şirkətin uçuşları dayandırmasına səbəb terror təhlükəsi ilə bağlıdır.

Son zamanlar Türkiyədə baş verən terror hadisələri ilə əlaqədar ABŞ xarici işlər nazirinin Türkiyəyə səyahət edən şəxslərə xəbərdarlıqlarından sonra Nyu York JFK aeroportu ilə İstanbul Atatürk hava limanı arasında uçuşlar dayandırılıb.

“Delta Airlines”in internet səhifəsində yer alan açıqlamaya görə, səfərlər 2016-cı ilin may ayına qədər müvəqqəti olaraq dayandırılıb.

Digər tərəfən, İspaniyanın "İberia" Hava Yolları Şirkəti də İstanbul səfərlərini bilet sifarişlərinin azlığı səbəbindən 7 maydan etibarən dayandırmağa qərar verib.
529 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 11:24
<