Şrift ölçüsü:
A+
A
A-
Kr
23 Dekabr 2013

Baş nazir ya ölməlidir, ya da hakmiyyəti tərk etməlidir

Baş nazir ya ölməlidir, ya da hakmiyyəti tərk etməlidir. Biz onu axıra qədər təqib edəcəyik. Taylandın müxalifət lideri Sutep Tauqsuban tərəfdarları qarşısında çıxışı zamanı bu cür təhdidedici ifadələr işlədib. Paytaxt Banqkokda çıxışı zamanı Tauqsuban bildirib ki, baş nazir Yinqlak Şinavatranın parlamenti buraxması və ya kimlərisə, istefaya göndərməsi müxalifətin əsas marağında deyil. Onun sözlərinə görə, müxalifətin təkcə bir istəyi var. "O da, Yinqlak Şinavatranın ölkəni tərk etməsidir" - deyə Tauqsuban sözlərini ifadə edib.

"Biz seçkilərin keçirilməsi qərarından narazıyıq. Biz əvvəlcə ölkədə islahatların keçirilməsini istəyirik".

Taylandda parlament seçkilər gələn il fevral ayının 2-sinə planlaşdırılır.

Müxalifət nümayəndələri isə, baş nazir hakmiyyəti tərk etməyəcəyi təqdirdə seçkiləri boykot edəcəklərini bəyan ediblər. Müxalifətin bəyanatı kütləvi etirazlar fonunda səsləndirilib.
1557 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber