Şrift ölçüsü:
A+
A
A-
Kr
21 Aprel 2016

Narın qabığı özündən daha faydalıdır

Çində son illərdə aparılan təcrübələr nəticəsində məlum olub ki, narın qabığı dənələrindən və suyundan daha faydalıdır. Belə ki, nar qabığının tərkibində olan ellegik asit deyilən maddə qadınlarda sinə xərçənginin yaranmasının qarşısını alır.

Təcrübələr nar qabığının xolestrolu aşağı saldığını, beta hüceyrələrini artıraraq diabetli xəstələrə, ürək-damar xəstəliklərindən əziyyət çəkənlərə çox yardımçı olduğunu deyir. Təcrübələr nəticəsində müəyyən edilib ki, narın qabığı sinə, yemək borusu, dəri, bağırsaq, prostat və pankreas xərçənginə qarşı daha xeyirlidir.

Nar qabığından xeyirli maddələri necə almaq olar? Bunun üçün nar qabıqlarını kölgədə qurutmaq lazımdır. Daha sonra qurumuş qabıqları xırdalayırıq. 100 qr qaynanmış suya 2 qr nar qabığı ataraq 10 dəqiqə qaynatmaq lazımdır. Hazır olan mayeni çay kimi qəbul etmək olar. Qurudulmuş və parçalanmış hazır nar qabıqlarını qəhvəüyüdən dəyirmanda toz halına salıb hazırladığımız salatlarda və ya ağartı məhsullarında da istifadə edə bilərik. Duzdan istifadə etməkdənsə, üyüdülmüş nar qabığı yemək daha faydalıdır.
529 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 10:22