Şrift ölçüsü:
A+
A
A-
Kr
21 Aprel 2016

Smartfon sahibini izləməyə mobil nömrəni bilmək yetir

Müasir smartfonlarda daha bir boşluq aşkar edilib.

Bu boşluq bahalı avadanlıq olmadan da telefon sahibini izləməyə imkan verir. Hər hansı şəxsi izləməyə haker və ya hüquq-mühafizə orqanı nümayəndələrinə yalnız onun mobil telefon nömrəsini bilmək kifayətdir.

«Security Research Labs» şirkətinin qurucusu, informasiya təhlükəsizliyi eksperti Karsten Nohl bu məlumatı ABŞ-da populyar «60 dəqiqə» televiziya verilişində dilə gətirib. O, sözügedən problemi sübut etməkdən ötrü real vaxt ərzində izləmə prosesini seyrçilərə göstərib.


Ekspert hədəf kimi kaliforniyalı siyasətçi, konqres üzvü Ted Lieu-nu seçib və canlı yayımda onun smartfonuna icazəsiz qoşulub. Konqres üzvü bu barədə öncədən xəbərdar edildiyindən sınağa razılıq verib.

Amerika siyasətçisinin smartfonuna qanunsuz müdaxilə edən Karsten Nohl qısa müddətdə onun olduğu yeri tapıb və telefonundakı zənglərin siyahısını, göndərdiyi və aldığı mesajların mətnini çıxarıb.

Ted Lieu «iPhone» işlədir, ancaq ekspertin sözlərinə görə, telefonun model və markası istifadəçinin izlənilməsinə təsir göstərmir. SIM-kartda PIN kodun olub-olmaması da fərq etmir.

Nohl-un izləmədə faydalandığı proqramın adı açıqlanmır./azadliq.org/
643 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı