Şrift ölçüsü:
A+
A
A-
Kr
22 Aprel 2016

Bəhreyn padşahlığı İran və Hizbullaha müharibə elan etdi!!

Amerikanın əlaltıları
598 şəbəkəsi Bəhreyn parlamentinin dünya imperializmi və beynəlxalq sionizmin “İran və Hizbullah terroru” adlandırdığı layihəyə dəstək olaraq İran və Hizbullaha müharibə elan etdiyini xəbər verir. Bəhreynin Əl-Əyyam qəzeti yazır ki, ölkədə dinc etiraz aksiyalarının yatırılması İran və Hizbullah terroruna qarşı müharibədir. Bəhreyn parlamenti İranı bu ölkənin daxili işlərinə qarışmaqda ittiham edib, İran və ona bağlı Hizbullah kimi qüvvələri “terroru dayandırmağa” çağırıb. Bəhreyn Müdafiə Nazirliyi elan edib ki, bundan sonra ölkədə etirazçılara qarşı ordudan istifadə olunacaq. Bəhreyn Ədliyyə Nazirliyi ölkədəki üç şiə cəmiyyətini də sabitliyi pozmaqda ittiham edib.
Ölkə əhalisinin 70 faizi şiə olsa da Bəhreynə təqribən 250 ildir sünni Ali-Xalifə sülaləsi hakimlik edir. Əsas gəliri neft-qaz, balıq-mirvari ixracından ibarət olan Bəhreyn padşahlığı bu gün də feodal qanunları ilə idarə edilir. Amerikanın 5-ci donanmasının operativ bazası Bəhreyndə yerləşir. Bəhreyn 18-ci əsrə qədər İranın tərkibinə daxil olub. 2011-ci ildən ölkədə monarxiya quruluşu, diktaturaya qarşı mübarizə gedir.

Kral: Həmad bin İsa Əl-Xəlifə
Xarici işlər naziri: Şeyx Xalid bin Əhməd (təxəllüsü: nərmənazik oğlan)

Vilayet.info
588 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber