Şrift ölçüsü:
A+
A
A-
Kr
22 Aprel 2016

''Kamerada qardaşımı ölümünə döyüblər'' (VİDEO)

Qəbələ rayon sakini Sevda İsmayılova qardaşı Coşqun İsmayılovun qanunsuz olaraq 10 il, 6ay müddətinə həbs cəzası aldığını söyləyir. Qadın deyir ki, qardaşı jurnalist kimi fəaliyyət göstərirdi. O, 2012-ci ildə Beyləqanda N saylı hərbi hissədə dövlət sirrini yayan şəxsin işini araşdırdığına görə dələduzluq maddəsi ilə şərlənərək, həbs olunub. Bacısının sözlərinə görə, Coşqun həbs olunmamışdan öncə müstəntiq Amil Tağıyev onu həbslə hədələyərək, 500 manat məbləğində pul alıb. Coşqun İsmayılov həmçinin Qazaxın polis bölməsində müstəntiq Nizami Aslanov tərəfindən döyülüb.

Sevda İsmayılova danışır ki, qardaşının səhhəti pisdir. O hazırda müalicə mərkəzindədir. Ailəsi Coşqun İsmayılovun vəziyyətindən çox narahatdır. Onlar Coşqunu görmək üçün tez-tez Bakıya gəlib, gündəlik evlərdə qalırlar.

Ailəyə qarşı olan haqsızqlıqlardan sonra onlar Türkiyə Səfirliyinə müraciət etməyi qərara alırlar. Ancaq yolları polis bölməsinə düşür. Sevda İsmayılova deyir ki, polislər yaşlı anasını səfirliyin önündə döyüblər: "Mənim anam polisin dubinkası boyda deyil. Amma 85 yaşlı anamı onlarla polislər təpikləyiblər. Niyə? Nə idi anamın günahı? Cənab İlham Əliyev siz öz timsalınızda, məmurlarınınzın timsalında yox, məni qəbul edin. Biz sizin bütün güc orqanlarınınzın yanında olmuşuq. Əgər dərdimi dinləməyəcəksə, biz məcburuq ki, yenə sığınacaq istəyək. İndi Türkiyədən istəməyəcəm. Bu gündən sonrasını İlham Əliyevin öz vicdanına buraxdıq."

Vəkil Elçin Sadıqovun sözlərinə görə, 16 min mananata görə, 10 il 6 ay həbs qərarı ədalətli deyil./meydantv/


628 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber