Şrift ölçüsü:
A+
A
A-
Kr
23 Dekabr 2013

Referendum boykot ediləcək

Misir müxalifəti konstitusiya ilə bağlı referendumu boykot edəcək

Misirdə müxalifət bloku gələn il yanvar ayında keçirilməsi planlaşdırılan konstitusiya ilə bağlı referendumu boykot edəcəkləri barədə bəyanat səsləndirib. Müsəlman Qardaşlığı partiyasının nümayəndəsi Əmr Fərrux bəyanatla bağlı açıqlamasında qeyd edib ki, müxalifət qanlı hərbi çevrilişlə dövləti ələ keçiriən faşist qrupun hakimiyyətini tanımır və buna görə də, referendumu qeyri-qanuni hesab edir. Onun sözlərinə görə, müxalifət rəhbərliyi tərəfdarlarının seçkiləri dinc yolla boykot etməsi üçün əlindən gələni edəcək.

Referendum seçkiləri yanvarın 14-15-inə planlaşdırılır. Səsvermə müvəqqəti hökumətinin legitimliyinin ilk testi olacaq.

Bu arada, Misir məhkəməsi müxalifətin aparıcı fəallarından olan Əhməd Mahir, Əhməd Duma və Məhəmməd Adəyə hökm oxuyub. Hakimlərin qərarına əsasən, müttəhimlərin hər biri 3 il olmaqla azadlıqdan məhrum ediliblər.

Müttəhimlər bu ilin əvvəlində icazəsiz aksiya keçirməkdə və təhlükəsizlik qüvvələrinə hücum etməkdə ittiham olunurdular.

Fəalların vəkili Valid Əbdəl Rauf məhkəmənin nəticəsi ilə bağlı çıxışında hökmün siyasiləşdirildiyini və burada əsas məqsədin ölkə gənclərinə ismarıc göndərmək olduğunu bildirib. Onun sözlərinə görə, hakimlər bununla hökumətə qarşı etirazların həbslərlə nəticlənəcəyini bildirməyə çalışıblar./ans/
1646 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı
28.11.16, 11:08
Avropa və qadın
Go to TOP