Şrift ölçüsü:
A+
A
A-
Kr
22 Aprel 2016

İxvanul-muslimin İordaniya hökumətini İŞİD-ə qoşulacağı ilə hədələdi

Ötən çərşənbə günü İordaniya dövləti İxvanul-muslimin (Müsəlman Qardaşları) Partiyasının qeyri-qanuni olmasını bəhanə gətirərək bu partiyanın ofisini qapadıqdan sonra partiyanın bəzi səlahiyyətliləri İŞİD-ə qoşulacaqları barədə bəyanatlar səsləndirib. Partiya, bu bəyanatları ilə hökuməti hədələmək istəyir.
İxvanul-muslimin Partiyasının ofisi qapandıqdan sonra polis bu partiyaya bağlı İslam Əməl Cəbhəsi Partyasının ofisini də qapatmaq niyyətində olub. Bu partiyanın rəsmi qeydiyyatdan keçməsinə baxmayaraq polis partiyanın qərərgahını möhürləmək istəyib. Lakin partiya səlahiyyətliləri və fəallarının müxalifəti ilə qarşılaşıb.
İordaniya hökuməti bu hadisədən sonra ilk rəsmi hərəkətində İxvani-musliminə bağlı bütün partiyaları qapatmaqla bağlı niyyətini açıqlayıb və bu partiyalara xəbərdarlıq edib ki, qanundan qırağa çıxmasınlar.
586 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber