Şrift ölçüsü:
A+
A
A-
Kr
22 Aprel 2016

Bakıda atışma: Güllə ABŞ səfirliyinin maşınına dəydi

Bu gecə Bakının Badamdar qəsəbəsində yerləşən “Bulaq” restoranında baş vermiş atışma zamanı güllə ABŞ-ın Azərbaycandakı səfirinin müavini Derek Hoqanın maşınına dəyib.

Bu barədə “Sputnik” agentliyinə Səbayel Rayon Polis İdarəsindən məlumat verilib.

ABŞ səfirliyindən də haqqın.az-a faktı təsdiqləyiblər.

“Cənab Hoqan avtomobildə olmayıb və hadisə zamanı səfirliyin heç bir əməkdaşı zərər çəkməyib”, - səfirlikdən bildirilib.

Qeyd edək ki, bu gecə “Bulaq” restoranında atışma baş verib. Atışma zamanı iki nəfər – Fuad və Süleyman adlı şəxslər güllə yarası alıb. Hər iki şəxs xəstəxanaya yerləşdirilib.

Məlumata görə, hadisə iştirakçılarından biri artıq saxlanılıb./axar/
1001 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
26.05.17, 11:41
YENƏ İNTİHAR
25.05.17, 14:49
KARİKATURA
24.05.17, 10:09
Çaya HİL əlavə edin
24.05.17, 09:52
KARİKATURA
24.05.17, 09:48
YENƏ İNTİHAR
23.05.17, 15:58
Astara sakini intihar edib
23.05.17, 15:43<