Şrift ölçüsü:
A+
A
A-
Kr
22 Aprel 2016

Ayətullah Amili çıxışında türklər haqqında nə deyib?

Türkiyənin bəzi saytları milliyətcə azərbaycanlı olan və daima dinə düşmən olan fars və türk millətçiliyini tənqid edən Ayətullah Seyid Amilinin çıxışını təhrif edib

Saytlar yazıb ki, Ayətullah Amili çıxışı zamanı İmam Mehdinin türklərə qarşı müharibə edəcəyini bildirib. İsrail tərəfindən ötürülən köhnə ittihamlarla dolu yazıda, Azərbaycan şiələri də üstüörtülü şəkildə hədəfə alınıb.
Bəs Vəliyyi-fəqihin Ərdəbil əyalətindəki nümayəndəsi Ayətullah Seyid Həsən Amili nə deyib?
"Arannews"-da dən Seyid Həsən Amilinin çıxışını olduğu kimi təqdim edir:

"Mən vahabiliyə 40 sual vermişəm. Cavab versələr vəhabi olaram. Bu gün pul diplomatiyası İslam əməkdaşlıq təşkilatının alnında bir ləkədir. Aşkar görürük ki, bəzi ölkələr qərb və sionist rejimin mənafeyini təmin etmək əzmindədir. Rəvayətlərə əsasən İmamzamanın zühuru çox yaxınlaşıb və həmin rəvayətlərə əsasən İlahi qeyrət İraqda Suriya və İraqa təcavüz edən türklərlə mübarizə aparacaqdır."
O, izah edib ki, bu rəvayətin hədəfi rumilərlə müttəfiq olan türk rəhbərlərə aiddir. Çünki türklərin bəsirət və qeyrətləri misilsizdir. Əllamə Təbatəbai və Əmini kimi türk şəxsiyyətləri bizim şərəfimizdir. İslam tarixində onların misli yoxdur.
Ayətullah Amili axirəzzaman fitnələrini izah edərək "Rumluların (dünya imperializminin) islam ölkələrinə mədəni və siyasi istilası zühur fitnələrinin sonuncusu və ən çətini olacaqdır. Bu fitnədə küçələrdə pis işlər görüləcək və hiyləgərliklər üzə çıxacaqdır. Dəccal, dünya imperializmi və hiyləgərlik təcəssümüdür. Dəccalın övladı vələdüzzinadır və İslam ölkələrini pulsuz satırlar." - deyə bildirib.
Onu da qeyd edək ki, bu xəbəri təhrif edən saytlar xəbərin fotosunuda yalnış yayımlayıblar. Onlar fotoda Seyid Amilinin yerinə, digər azərbaycanlı din alimi Höccətülislam Siddiqinin fotosunu qoyublar./İslamazeri./
617 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
<