Şrift ölçüsü:
A+
A
A-
Kr
22 Aprel 2016

Bakıda mühasib qadını niyə öldürdülər?

Bakıda 76 yaşlı qadının qətli ilə bağlı bəzi detallar məlum olub.

Qətl hadisəsi Suraxanı rayonu ərazisində, Hövsan qəsəbəsində baş verib. Qəsəbə sakini, 1940-cı il təvəllüdlü Melli Həmzə qızı Sultanovanın üzərində xəsarət olan meyiti yaşadığı evdə tapılıb.

Melli Sultanova Bakıdakı beton zavodlarından birində mühasib vəzifəsində çalışır. Onun oğlu Ukraynanın Xarkov şəhərində qiyabi ali təhsil alır. Melli Sultanovanın oğlu təhsili ilə əlaqədar aprelin 10-da Xarkova yola düşüb. O vaxtdan qadın evdə tək yaşayıb. Anasından xəbər ala bilməyən gənc narahat olub və qonşularla əlaqə saxlayıb. Onlar qadının qapının döyülməsinə reaksiya vermədiyini görərək, evə giriblər. Melli Sultanovanın kresloda meyiti aşkarlanıb. Məlum olub ki, kresloda oturmuş qadının başından kəsici-deşici alətlə zərbə endirilib. Melli Sultanova qan itirməsi nəticəsində dünyasını dəyişib.

Qətlin tamah məqsədilə törədildiyi ehtimal olunur. Çünki, evdən nağd pul və qızıl əşyaları oğurlanıb.

Hadisənin kim tərəfindən törədildiyi hələlik məlum deyil./musavat/
606 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı