Şrift ölçüsü:
A+
A
A-
Kr
23 Aprel 2016

Almaniyada pensiyalarda artım – Almanlar nə qədər pensiya alır?

Almaniya hökuməti 20 apreldə pensiyaların həcminin artırılması barədə qərar verib. Ölkənin Qərbində 2016-cı ilin ikinci yarısında pensiyalar 4,25%, Şərqində isə 5,95% artacaq. Bu son 23 ildə Almaniyada dövlət pensiyalarında ən böyük artımdır.

2014-cü ilin sonuna olan məlumata görə Almaniyada kişilərin orta aylıq pensiyası 1013 avro, qadınların pensiyası isə 762 avro təşkil edir.

Bu cür fərq isə Almaniyada pensiyaların əmək haqqının həcmindən asılı olması ilə bağlıdır. Kişilərin əmək haqqı daha yüksəkdir, qadınlar arasında evdar xanımlar yenə çoxluq təşkil edir. Bu isə kişilərə pensiya fonduna daha çox ödənişlər etməyə imkan verir. Bu cür fərqi aradan qaldırmağa imkan verən müəyyən mexanizmlər tətbiq olunur. Amma bu cür mexanizmlər təzəliklə tətbiq olunmağa başlayıb.

Yaxşı iqtisadi konyuktura və inkişaf tempi hökumətin bur cür səxavət göstərməsinə səbəb olub. Bununla belə Almaniyada pensiya sistemi ilə bağlı problemlər geniş müzakirə olunmağa başlayıb və islahatlara hazırlıq görülür.

Bu yaxınlarda WDR telekanalı 2030-cu ildən sonra pensiyaya çıxacaq ölkə vətəndaşlarının hər iki nəfərindən birinin dövlətdən minumum əmək haqqı həcmində pensiya alacağı ilə bağlı məlumat yaymasından sonra islahatların zəruriliyi ilə bağlı müzakirələr qızışıb.

Bu məlumat və pensiyas sisteminin vəd etdiyi perspektiv çox böyük etirazlara səbəb olub. Müzakirələrdə qeyd olunur ki, 40 illik əmək stajından sona təqaüdə çıxaraq ehtiyac içində yaşamaq təhküləsi ilə üzləşməmək üçün indidən islahatlara başlamaq gərəkdir.

Azərbaycanda isə pensiya haqda danışmasaq yaxşıdı...
437 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
08.12.16, 09:19
Tramp: "Ruslar ço