Şrift ölçüsü:
A+
A
A-
Kr
23 Aprel 2016

Kasıblıq insanın ağlını əlindən alır?

Kasıblıq insanın bir çox xüsusiyyətlərini əlindən alır. Belə ki, gündəlik olaraq kasıblıqla mübarizə aparan insanın dost çevrəsi və əqli qabiliyyəti azalır.

Yaşam qayğılarını həll etməli olan şəxsin təhsil, yeni iş yerlərinin tapılması ilə bağlı düşünməsinin qarşısını alır. Bununla da onun düzgün olmayan qərarlar verməsinə, öz situasiyasını daha da pisləşdirməsinə səbəb olur. Amerikalı alimlərin gəldiyi bu nəticə “Science” jurnalında 30 avqust tarixində dərc edilib. Alimlərin yazdığına görə, yaşam dərdi insanların mütaliə və düşünmə qabiliyyətini də əlindən alır.

Belə ki, xərcləri artan, borc bataqlığında üzən, kreditlərini necə verməli olduğunu düşünən şəxsin intellektual səviyyəsi də 13 faiz aşağı düşür. Müəlliflər hesab edir ki, kasıbların durumunu yaxşılaşdırmaq üçün səfərbər olan xeyriyyə qurumları onların əqli qabiliyyətinin aşağı düşməsinə də bir çarə tapmalıdır. Bunun üçün bəzi kursların təşkili çıxış yolu kimi göstərilib./musavat/
520 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber