Şrift ölçüsü:
A+
A
A-
Kr
23 Aprel 2016

Eldar Sabiroğlu Zakir Qaralova müraciət etdi

Bir müddət əvvəl prokurorluq orqanlarından istefa verən Rüfət Səfərov Facebook səhifəsində Atası Eldar Sabiroğlunun baş prokuror Zakir Qaralova mürciətini yayıb. Həmin müraciəti təqdim edirik:

Azərbaycan Respublikasının Baş Prokuroru

cənab Zakir Qaralov

Hörmətli Zakir müəllim!
20.12.2015-ci il tarixdə oğlum Rüfət Səfərov prokurorluq orqanlarından istefa verib, doğru bildiyim siyasi xəttə əks mövqe nümayiş etdirəndə onunla barışmadım. Rüfətə yönəlik səylərim bir nəticə vermədi. O, təqdir etdiyi xətti davam etdirdi. Bir müddət sonra Rüfət barəsində cinayət işi başlandı, həbs olundu, heç bir dəlil, ittihamı təsdiqləyəcək sübut olmadan… Tabeliyinizdə olan “təcrübəli” istintaqçılar iki nəfər üzəduranın müraciəti əsasında oğlumu həbs etdi, hərçənd ki, hüquqşünas olmasam belə, bildiyim qədəri ilə bir şəxsin cinayət məsuliyyətinə cəlb olunub, həbs olunması üçün kifayət qədər sübüt toplanmalı, şahid, sənəd və s. ortaya qoyulmalıdır. Olsun, Rüfət həbs edildi, bir həftə sonra ev dustaqlığına buraxıldı və üç aydır ki, heç bir istintaq hərəkəti həyata keçirilmir. Baxmayarq ki, Rüfətin heç bir təqsirinin olmadığını bildiyiniz halda! Yanınızda olan “təcrübəli” istintaqçılarla bərabər fikriniz nədən ibarətdir? İstintaqın əsas olub-olmadığı halda uzadılması? Vaxtınızı hədər etməyin! Ondansa Sizə təklif edirəm, bütün hüquqi bazanızı bir nöqtədə cəmləşdirib, cinayət işini məhkəməyə göndərin, qoy, cəmiyyət də Rüfətin cinayətkar olub-olmaması barədə bir yəqinliyə gəlsin. Yoxsa, vaxtilə əmrinizə tabe olan bir müstəntiqi şantaj etmək nə demək? İmkanınız olsa, istintaqı aparan adamlardan sorun ki, Rüfətin işi ilə bağlı son 3 ayda nə etmisiniz?!.

ELDAR SABİROĞLU
519 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı