Şrift ölçüsü:
A+
A
A-
Kr
23 Dekabr 2013

İşğalçı İsraildə bombalı hücum: xəsarət alan var

Təl-Əvivdə bələdiyyə avtobusunda bomba partlayıb.

“Axar.az”ın məlumata görə, partlayış nəticəsində bir nəfər yaralanıb. Polis hadisənin terror aktı ola biləcəyini açıqlayıb.

Təhlükəsizlik qaynaqlarından verilən məlumatda bildirilir ki, paytaxt Təl-Əvivdə şəxsiyyəti hələ də müəyyən olunmayan şəxslər bələdiyyə avtobusuna paket qoyub. Paketdə bomba olduğundan şübhələnən sürücü polisə xəbər verib. Hadisə yerinə gələn polis bombanın zərərsizləşdirilməsi üçün tədbir gördüyü zaman bomba partlayıb.

Bombanın təsiriylə avtobusun şüşələri qırılıb, ətrafa ciddi ziyan dəyib.

Qeyd edək ki, 2012-ci ilin noyabr ayında da Təl-Əvivdə bələdiyyə avtobusunda bomba partlamışdı. Həmin hadisə zamanı 23 nəfər xəsarət almışdı.
1556 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
Go to TOP