Şrift ölçüsü:
A+
A
A-
Kr
23 Aprel 2016

Bakıda avtobus sürücüləri aksiya keçirdi

Bakıda 18 saylı marşrut xəttinin sürücüləri bu gün səhər etiraz aksiyası keçiriblər. 

Sürücülər "BakuBus" MMC-nin bu xəttə öz marşrutunu daxil etməsinə etiraz edirlər. 

Onların sözlərinə görə, bu dəyişiklik 250 insanın işsiz qalması ilə nəticələnib.

Bu məsələ ilə bağlı sürücülərin etirazı hələ gecə saatlarından başlayıb. Ans-in məlumatına görə, 18 saylı xətt üzrə işləyən marşrutun bağlanması xəbərindən gileylənən sürücülər etiraz əlaməti olaraq gecə saatlarında avtobus parkına yığışıblar. Onları əsas maraqlandıran isə bundan sonrakı aqibətləri olub. 

Sürücülərin sözlərinə görə, 18 saylı xətt artıq "BakuBus"ın ixtiyarına verilib və yaxın günlərdə "Xaliq Faiqoğlu" MMC-nin avtobusları bu xətdən kənarlaşdırılacaq.

18 saylı marşrut xəttinin sürücülərinin aksiyası

18 saylı marşrut xəttinin sürücülərinin aksiyası

Bundan sonra həmin xəttə yeni avtobuslar və sürücülər veriləcək. Bu isə öz növbəsində xəttin hazırkı sürücülərinin haqlı narazılığına səbəb olub.

Sürücü Murad Abbasov deyir ki, öz qarajlarının marşrutları ola-ola hansısa başqa sürücülərin gəlib onların yerini tutması onlar üçün xoş deyil: "Biz deyirik ki, həmin sürücülər başqa yerdə işləyib çörək qazanırlar. Qoyun, elə onlar orada qazansınlar, biz də burada işləyib 3-5 manatımızı qazanaq".

Bütün güzəranlarını və ailə qayğılarını bu avtobusla ödəyən sürücülərin tək istəyi isə yeni avtobusların onların idarəetməsinə verilməsidir. Adıçəkilən avtobusların qarajının istismar rəisi İbrahim Quliyev bütün qaranlıq məqamlara aydınlıq gətirib və bildirib ki, bu xətt üzrə 7 nömrəli marşrut işləyəcək./musavat/
494 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber