Şrift ölçüsü:
A+
A
A-
Kr
24 Aprel 2016

Jirinovski: "Mən öləndə Kremlin, Brejnevin yanında basdırarsınız"

Rusiya Liberal-Demokrat Partiyasının (LDPR) sədri Vladimir Jirinovski növbəti açıqlama ilə diqqəti çəkib.

O, "Vesti" telekanalına müsaşibəsində ölənədək Rusiya Dövlət Dumasının deputatı olmaq istədiyini deməklə yanaşı, həm də vəsiyyətini açıqlayıb:

"Mən öləndə Qızıl meydanda, Kreml divarının yanında, Leonid Brejnevin yanında basdırarsınız. Brejnevin solunda Rusiya Kommunist Partiyasının lideri Gennadi Züqanov, sağda isə mən olmalıyam. Amma təxminən 20 il sonra".

Qeyd edək ki, Leonid Brejnev 1966-1982-ci illərdə Sovet İttifaqının Kommunist Partiyasının baş katibi və ölkə başçısı olub.
539 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber