Şrift ölçüsü:
A+
A
A-
Kr
24 Aprel 2016

Bakı sakini: “Qapını açıq qoya bilmirik, evə ilanlar dolur” - Fotolar

Kəlbəcər rayonundan məcburi köçkün Çimnaz İsayeva 23 ildir ki, Bakının Zabrat qəsəbəsində qəzalı vəziyyətdə olduğunu dediyi evdə yaşayır. Onun sözlərinə görə, hər yerində çatlar əmələ gələn tikili hazırda ola biləcək hər hansı zəlzələyə dözümsüz haldadır.

Əslində, bura, ümumiyyətlə, yaşayış üçün nəzərdə tutulmayıb: “Bizim ünvan Zabrat-2 qəsəbəsi, İstixananın yaxınlığıdır. Bu istixana ötən əsrin təxminən 70-ci illərində tikilib və indi yaşadığımız ev əvvəllər həmin istixanada yetişdirilən tərəvəzlərin satışı üçün mağaza olub. Biz Kəlbəcərdən köçkün düşəndən sonra burada məskunlaşdıq”.

Zabrat gölünün yaxınlığında yerləşən evin problemi isə təkcə divarlardakı çatlar deyil. Oğlu və onun ailəsi ilə bir yerdə yaşayan İsayeva vurğulayır ki, yaxınlıqdakı istixanadan yay aylarında evə çoxlu sayda ilan gəlir:

“Yayda qapını açıq qoya bilmirik, evə ilanlar dolur. Neçə dəfə olub ki, yorğan-döşəyin arasından ilan götürüb atmışıq çölə. Dərdimiz bir deyil, iki deyil. Yağış yağanda da hər tərəfdən evin içinə su tökülür”.

Çimnaz İsayevanın sözlərinə görə, evdəki şərait getdikcə pisləşir və yaşamaq mümkünsüz hala gəlir:

“Gözləyirik ki, bizə də ev tikilib verilsin, normal insan kimi yaşayaq. Bu şəraitdə yaşamaq olmur. Uşaqları ilan vurar qorxusu ilə necə yaşamaq olar?”

Ev sahibi onu da vurğuladı ki, indiyə qədər ev almaq üçün heç bir quruma müraciət etməyiblər: “Heç yerə müraciət etməmişik ki, bizə yeni ev versinlər. Gözləyirik ki, özləri edəcək. Özümüzün də başqa ev almağa imkanınız yoxdur. Dolanışığımızı güclə təmin edirik”./virtualaz/










540 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 12:11