Şrift ölçüsü:
A+
A
A-
Kr
24 Aprel 2016

"Barselona" Neymarı satır

Kataloniya klubu yekun qərarını verib.
İspaniyanın "Barselona" klubu braziliyalı ulduz Neymarı satır. Bu barədə İngiltərənin "The Sun" qəzeti xəbər verib.

Qəzetin iddiasına görə, Kataloniya klubu Neymarla bağlı yekun qərarını verib. Maliyyə baxımından müəyyən problemləri olan kataloniyalılar Lionel Messi, Luis Suares, Andres İnyesta kimi yüksək ödənişli futbolçuların maaşlarını vaxtında ödəmək üçün Neymarı satmaq niyyətindədir.

Yaxın günlərdə klub rəsmilərinin futbolçunun menecerləri ilə danışıq masası arxasına oturacağı gözlənilir.

Braziliyalı futbolçunun müqaviləsində xüsusi maddə var. Həmin maddəyə əsasən 190 milyon avro ödənəcəyi halda "Barselona" ona azad agent statusu verməyə məcburdur.

Neymarın xidmətində PSJ və "Mançester Yunayted" kimi Avropa nəhəngləri maraqlıdır. Hətta PSJ-nin 190 milyon avronu ödəməyə hazır olduğu deyilir.

Neymar 2013-cü ildə "Santos"dan "Barselona"ya 57 milyon avroya transfer edilib. Braziliyalı futbolçu cari mövsümdə 44 rəsmi oyunda 28 qol vurub.
577 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber