Şrift ölçüsü:
A+
A
A-
Kr
24 Aprel 2016

İstanbulda 100 min insan ölə bilər - Qorxulu proqnoz

Mərmərədə 7,2 bal gücündə zəlzələ gözləyirik.

Bu sözləri CNN Türk kanalının qonağı olan professor Naci Görür deyib.

“Mərmərədə 7,2 bal gücündə zəlzələ gözləyirik. Bu zaman sunami də ola bilər. Okeanlardakı kimi olmasa da, Mərmərədə də sunami baş verib. 17 min il əvvəl buralarda 10 metr yüksəkliyində sunami olub”, - professor söyləyib.

Professor Əhməd Vəfiq isə bu tip zəlzələ zamanı 100 min insanın ölə biləcəyini bildirib:

“İstanbuldakı tikililər zəlzələyə hazır deyil. Əgər 7 bal və daha güclü zəlzələ olarsa, 300 min bina dağıla və 100 min insan ölə bilər”.

Qeyd edək ki, Mərmərə bölgəsində, İstanbul da daxil olmaqla, 10-dan artıq şəhər yerləşir./axar/
529 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP