Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Aprel 2016

Eldar Mahmudov: "Yaxın günlərdə vəzifəyə gələcəm"

Eldar Mahmudov «xortlamağa» başladıSabiq nazir yaxın ətrafına xəbər göndərib ki, yaxın günlərdə vəzifəyə gətiriləcək

Ötən ilin sonlarında işdən çıxarılan, ətrafındakı bütün generalları həbs olunan, lakin özü azadlıqda qalmağı bacaran sabiq MTN rəhbəri Eldar Mahmudov yenidən «xortlamağa» başlayıb. Onun bundan sonrakı karyerasının üzərindən xətt çəkildiyi bildirilsə də, Mahmudov yeni tərəfdarlar toplamağa nail olub.

Keçmiş nazir həm nazirlikdəki iş yoldaşları, həm də kənardakı adamlarına artıq xəbərlər göndərməyə başlayıb. Məlumatlı mənbənin verdiyi bilgilərdən belə anlaşılır ki, sabiq nazir yenidən siyasətə qayıdaraq, vəzifə sahibi olmağı düşünür. Hətta bunu əminliklə ifadə edir.

Məlumatlarda vurğulanır ki, yaxın ətrafına məlumat göndərən Eldar Mahmudov onları əmin edib ki, yaxın vaxtlarda vəzifə başına gələcək. Qeyd edilir ki, keçmiş nazir artıq hər şeyin razılaşdırıldığını, MTN işində onun heç bir günahının olmadığını ciddi cəhdlə əsaslandıra bilir.

Mahmudovun bu addımı blef də ola bilər. Lakin bunca cinayətlərə rəğmən, həbs olunmaması onun yenidən vəzifəyə gətiriləcəyi ehtimalını da mümkün edir. Xüsusən də onun arxasında böyük güclərin dayandığı fikrinə də real yanaşsaq, o zaman keçmiş nazirin vəzifə alması qeyri-mümkün görünmür. Amma bunun indiki məqamda, xüsusən də Eldar Mahmudovun dediyi şəkildə, yəni, «bir iki günə» başa gələcəyi inandırıcı deyil. Ona görə ki, onun reputasiyası bu günlərdə cəmiyyətlərdə biabırçı həddədir. Və hakimiyyət belə vəziyyətdə imici məhv olmuş birinə vəzifə verməz./politika/
799 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber