Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Aprel 2016

Moldovada vəziyyət yenə qarışdı

Dünya xalqlarına həsəd aparmaq lazımdır. Öz haqlarını tələb etdikləri üçün. Amma Azərbaycan xalqı bu haqdan məhrumdur...

Moldovanın paytaxtı Kişinyovda etirazçılar növbəti dəfə küçələrə axışıblar. Mərkəzi meydanlardan birində keçirilən nümayişdə 7 min nəfər iştirak edib.

Hökumətin istefasını və növbədənkənar seçki tələb edən etirazçılarla polislər arasında qarşıdurma olub. Hökumət binasına qədər yürüş edən nümayişçilər onların qarşısını kəsməyə çalışan polisləri yumurta atəşinə tutublar.

Aksiyaçılar hökuməti oliqarxlardan asılılıqda, xalqın maraqlarına uyğun olmayan qərarlar qəbul etməkdə ittiham ediblər.

Bu dəfə siyasilər və müxalifət liderləri nümayişdə iştirak etməyib.

Bu ilin yanvarında Moldovaya yeni baş nazir təyin olunub. Bu təyinatdan sonra ölkədə etiraz dalğası bir az da böyüyüb.
525 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber