Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Oktyabr 2013

MKİ əməkdaşına 20 illik həbs cəzası verilib

Müxalif polkovniki Bəşər Əsədə təslim edən MKİ əməkdaşına 20 illik həbs cəzası verilib
"Azad Suriya Ordusu"nun qurucusu polkovnik Hüseyn Mustafa Harmuşun Türkiyədən Suriyaya qaçırıldığı ittihamı ilə bağlı başladılan məhkəmə işində qərar qəbul edilib.

SalamNews-un "Star"a istinadla verdiyi xəbərə görə, polkovnik Hüseyn Mustafa Harmuş ilə mayor Mustafa Kassumu 100 min dollar qarşılında Suriyalı əsgərlərə təslim etdiyi iddia edilən Türkiyə Kəşfiyyat İdarəsinin əməkdaşı Önder.Ş. 20 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, Hüseyn Mustafa Harmuş Suriyada əmrindəki 120 əsgərin öldürülməsindən sonra Türkiyəyə sığınmışdı. Polkovnik Harmuş, Hataydakı Altınözü qaçqın düşərgəsinə yerləşdirilmişdi. Onun ələ keçirilməsi üçün başına 100 min dollar mükafat qoyulmuşdu.
1614 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP