Şrift ölçüsü:
A+
A
A-
Kr
23 Dekabr 2013

İlham Əliyev istəyir ki, daha dar dairədə ifşa olunsun

Əliyevin “metro qiyamı” yatırıldı

Tağı Əhmədova sözünü keçirə bilməsə, «yumurta inqilabı» ilə tarixə düşəcək

Metroda qəzetlərin satışına qadağa qoyuldu. Belə xəbər yayıldı ki, bu tapşırığı verən Ilham Əliyevin yaxınlarından biridir. Daha doğrusu, onun məsləhətçilərindən biri. Özü də o qədər kobud adamdır ki, Tağı Əhmədov belə, onun əlindən “dad” deyir. Yəni, Tağı Əhmədovluq bir şey yoxdur. Hətta dedilər ki, Tağı Əhmədovla “Azadlıq” arasındakı “məhkəmə cəriməsini hissə-hissə ödəmək” razılaşmasını da həmin adam pozdurub.

Sonra Ilham Əliyev “Jurnalistlərin dostu” mükafatını alanda, orada bizdəki söz azadlığından danışdı. Dedi ki, qəzet köşklərində qəzet satılmalıdır...

Ilham Əliyev bu çıxışı edəndə metrodakı qəzet dükanlarında iç geyimləri satırdılar. Bütün bunların paralelində hamı gözləyirdi ki, Tağı Əhmədov cəzalandırılacaq, metroda qəzet satışı bərpa ediləcək. Bu olmadı. Olacağı da gözlənilmir. Niyəsi də çox aydındır. Ilham Əliyev üçün bu məsələnin çox aydın riyazi səbəbi var. O istəyir ki, daha dar dairədə ifşa olunsun, əməllərindən daha az adam xəbər tutsun. Tağı Əhmədovun da gördüyü iş son nəticədə buna xidmət edir.

Tağı Əhmədov Ilham Əliyevə qulaq asmır. Ona görə ki, o, Ilham Əliyevin dediklərinin, xüsusilə televizorda dediklərinin məmurlara aid olmadığını bilir. Elə olmasaydı, Ilham Əliyev bu günə kimi neçə hökumət dəyişməli idi...

Işin ən maraqlı nöqtəsi budur ki, onu heç kim eşitmir, ona heç kim qulaq asmır. Ilham Əliyev qəzet oxuyursa, bilsin ki, ölkədə heç kim onu prezident kimi görmür. Bunun günahı isə ona səs verməyən xalqda deyil. Bunun əsl səbəbkarı onun efirdə dediklərini vecinə almayanlardır.

Amma məsələ başqadır. Ilham Əliyev özü-özünü belə görmək istəyirmi? Bir nəfər çıxıb deyəcəkmi ki, “kral lütdür”? Ona izah edən olubmu ki, metroda, taksidə, avtobusda hər kəs onu bir tikə çörəyinin şəriki sayır?

Tağı Əhmədov qəzet satışına qoyduğu qadağanı götürməyib. Bu məsələ Avropa Məhkəməsinə kimi uzanıb gedəcək. Ilham Əliyevin sözünü biz Tağı Əhmədova necə icra elətdirək? Hər halda, bu, onların biləcəyi işdir.

Ilham Əliyev metroda qəzet satmağa icazə almayan prezidentdirsə, o, tarixə “Yumurta inqilabı”nın lideri kimi düşəcək. Biz onun özü ilə bağlı planlarını da müzakirə etmirik. Amma Ilham Əliyevi “Qərbpərəst” adlandıranlar gərək ona sirr gəlsinlər ki, Qərbdə mətbuat hər yerdə azad satışda ola bilir. Ona görə də heç olmasa, qəzetlərin satışda olmasına maneəni aradan qaldırmaq lazımdır. “Azadlıq”ı istəyənlər onsuz da onu əldə edəcəklər, qəzet kimi də, dəyər kimi də. Lakin bu istəyə qarşı olmağın elə də uğurlu nümunələri yoxdur. Çox misal çəkib heç kimi qorxutmaq istəmirəm, ətrafımızda belə nümunələr kifayət qədərdir. Öyrənmək lazımdır.

Ilham Əliyev ola bilsin ki, bizi saymır. Amma camaat başqa cür düşünür, deyir ki, məmurları onu saymır. Biz özümüzü saydırmağın yolunu bilirik, bəs Ilham Əliyev necə, Tağı Əhmədova sözünü keçirə biləcəkmi?
1556 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 17:27