Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Aprel 2016

Yaponiyada 880 zəlzələ olub

Aprelin 14-dən etibarən Yaponiyanın Kumamoto prefekturasında, Küsü adasında 880-dən çox hiss olunan yersaltı təkan qeydə alınıb.

Bu barədə Yaponiya Milli Meteorologiya idarəsindən bildirilib.

Son 10 gün ərzində ölkədə 48 nəfər ölüb, 270 nəfər ağır xəsarət alıb, 2 nəfər itkin düşmüş hesab edilir. Bundan başqa, evakuasiya məntəqələrində xəstəlik və keçirdikləri stress nəticəsində daha 12 nəfər dünyasını dəyişib.

Təbii fəlakət nəticəsində 1 700 tikili tam, 4000-dən çoxu isə qismən dağılıb. Bu günədək evakuasiya məntəqələrində 60 minə yaxın insan qalır./apa/
526 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 16:51