Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Aprel 2016

Keçmiş rəis və 5 ailə üzvü qətlə yetirildi

Rusiyada keçmiş polis rəisi və onun ailə üzvləri qətlə yetirilib. Samara vilayətinin Sızran rayonunun İvaşovka kəndində mənzillərdən birində səhər saatlarında üçü kişi olmaqla altı nəfərin cəsədi aşkar edilib.

Aparılan araşdırmalar nəticəsində öldürülənlərdən birinin keçmiş polis rəisi Andrey Qoşt, digərlərinin isə onun ailə üzvləri olduğu məlum olub. Hüquq-mühafizə orqanlarındakı mənbənin məlumatına görə, sabiq polis rəisi və onun ailə üzvləri Samara vilayətində mənzilə edilən hücum nəticəsində öldürülüb. Hadisə baş verən ərazidə həmçinin qapalı kəllə-beyin travması və sümükləri sınmış 7 yaşlı qız da tapılıb. O, dərhal xəstəxanaya çatdırılıb.

Xəstəxanaya çatdırılan 2009-cu il təvəllüdlü qız komadan ayılmayıb, vəziyyəti ağırdır. Hazırda faciəli ölümün səbəbləri araşdırılır./ans/
543 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber