Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Aprel 2016

Alışanova şeir qoşdular: “AzTV-nin bir buxalter şahı var”

AzTV-nin bir buxalter şahı var

Ustad şairimiz Məmməd İsmayılın bir sözünə görə onun övladından
qisas alaraq işdən çıxarmış AzTV sədri A.Alışanova həsr edilir.

AzTV-nin bir buxalter şahı var,
Nə imanı, nə də ki Allahı var!
Darğaları rüşvət yığar ölkədə,
Özünün də daşyaran tamahı var!

İşçiləri möhtac edib çörəyə,
Ac qalanın yetmir ahı fələyə.
Öz kefi kök, imarətlər yapdırar,
Milyonları silər bircə kələyə.

AzTV-nin bir buxalter şahı var,
Nə imanı, nə də ki Allahı var!
Beləsinin çırağı yanmaz haqdan,
Heç yorulmaz, qeylü-qaldan, nifaqdan.

Hünərindi “buxalter” de, uzaqdan,
Tez alışar, hökm verər nahaqdan.
Məslək nədir, din-imanı puldu-pul,
Çox geyilib nimdaş olan çuldu-çul.

Qisas deyər əyri baxan hər kəsə,
“Şah” olsa da, təbiəti quldu-qul.
AzTV-nin bir buxalter şahı var,
Nə imanı, nə də ki Allahı var!

Nə savadı, nə yazısı var bunun,
Aya hürən çox tazısı var bunun,
Dərə xəlvət, amma tülkü tələdə,
Nə olsun ki, bir qazısı var bunun.

Yeyib-şişib, yağı çıxıb ekrana,
Deyirlər ki, çox möhtacdır dərmana,
Puldan qala düzəltsə də, nə fayda?
Vaxtı çatıb, az qalıbdı fərmana

AzTV-nin bir buxalter şahı var,
Nə imanı, nə də ki Allahı var!



Dilavər Müntəzir
503 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 11:10