Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Aprel 2016

Bərdədə məcburi köçkünlərin məscidini sökdürən kimdir? - Foto

Bərdədə aprelin 14-dən  məcburi köçkünlərin 866-ci  və 566-cı qəsəbələrindəki "İmam Zaman (ə.f)" adına məscid  bağlanıb.

Bir neçə il öncə ürəklərində "Qarabağ dərdi" olan məcburi köçkünlərin maddi vəsaiti hesabına tikilmiş  kiçik bir məscid hazırda sökülmək ərfəsindədir.

Məcburi köçkünlərin bildirdiyinə görə,  aprelin 14-də məscidə daxil olan  polis geyimli şəxslər məscidin içini dağıdıblar. “ "Məscid əvvəl qaçqınlar(red: məcburi köçkünlər) yaşayan yerdə olub - "ərəb çadırları" deyilən yer idi. Sonra qaçqınlar buradan köçdülər və bu ərazini imkanlı bir şəxs alıb. Gəlib deyirki, mənimdir sökürəm. İndi biz qaçqınlara ev tikiblər; iki qəsəbədir 866-ci  və 566-cı qəsəbələr.  Lakin bizim namaz qıldığımız məscidi indi sökmək istəyirlər. Zahir adlı şəxs polislərin köməyilə məscidi bağlayıb. Biz kimə müraciət edək?”,-deyə sakinlər bildiriblər.

Qeyd edək ki, Bərdədəki məcburi köçkünlər indiyə kimi məsələ ilə bağlı Bərdə şəhər "Cümə" məscidinin axunduna və DQİDK-nin rayon şöbəsinə müraciət ediblər./İslamazeri/

Məscidin əvvəlki halı:

 

Aşağıdakı fotolar məscidin indiki halıdır:

 
 
525 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber