Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Aprel 2016

“Rusiya ilə müharibəyə hazırıq”- NATO komandanı

NATO-nun Avropadakı qüvvələrinin komandanı sensasion bəyanatla çıxış edib.

General Kertis Skaparotti ABŞ Senatının xüsusi dinləmələri zamanı sualları cavablandırarkən bildirib ki, NATO Rusiya ilə müharibəyə hazırdır.

Senatorlardan birinin Baltik dənizində rus Su-24 qırıcısının ABŞ hərbi kreyseri üzərində dövrə vurması haqda verdiyi sualı şərh edərkən Şimali Atlantika alyansının Avropadakı qüvvələrinə yeni komandan təyin edilmiş general müharibəyə hazır olduqlarını vurğulayıb və Rusiyanın aqressiyasının qarşısını almaq üçün qitədəki ABŞ qüvvələrinin sayının artırılmasının vacibliyini qeyd edib.

Qeyd edək ki, bu yaxınlarda Baltik dənizində təlim keçən ABŞ gəmilərinin üzərində Rusiyaya məxsus qırıcılar və helikopterlər peyda olmuşdular. /musavat/
529 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı