Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Aprel 2016

Bakıda sərnişin avtobusu polisi öldürdü

Bakıda sərnişin avtobusu qəza törədib.

Hadisə bu gün səhər saatlarında “Ay işığı” restoranının qarşısında qeydə alınıb.

SOCAR-a məxsus avtobus “Mersedes” markalı minik avtomobili ilə toqquşub. Qəza nəticəsində bir nəfər ölüb, bir neçə nəfər xəsarət alıb.

Nizami rayon Polis İdarəsindən faktı təsdiqləyiblər. Bildirilib ki, qəza nəticəsində ölən şəxs "Mersedes"in sürücüsü, polis serjantı Abbasov Kamran Abbas oğludur. K. Abbasov mühafizə polisində çalışırmış.
583 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber