Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Aprel 2016

Mən demədim, sərdar Süleymani gələn dəfəki prezidentdir

Əmmar Qərargahının komandiri son günlərdə general Süleymani barədə yayılmış şayiələrə münasibət bildirib.
Əmmar Qərargahının komandiri höccətül-islam vəl-müslimin Mehdi Taib general Qasim Süleymaninin gələn il keçiriləcək prezident seçkilərində namizədliyini verəcəyi barədəki yayılmış sözlərə aydınlıq gətirərək deyib: “Mən rəsmi və qeyri-rəsmi çıxışlarımda heç vaxt belə söz deməmişəm. Bu sözləri yayan saytlar öz hədəflərini inqilabın məsləhətindən daha mühüm bilirlər və mövzunun halal-haram olmasına əhəmiyyət vermədən onu yayırlar”.
Qərargah rəhbəri əlavə edib: “Bu mövzu Qasim Süleymaninin ləyaqətini azaltmır, üstəlik o, prezidentliyə namizəd olanların hamısından üstündür”.
Höccətül-islam vəl-müslimin Mehdi Taib vurğulayıb: “Sözü gedən məsələnin bu cür, bu səviyyədə və Süleymaninin ön cəbhədə düşmənlə döyüşdüyü bir vaxtda ortaya atılması özünü inqilab tərəfdarları kimi göstərən, lakin həqiqətdə masonların və düşmənin strategiyasını icra edənlərin işidir”.
Qeyd edək ki, son günlərdə höccətül-islam vəl-müslimin Mehdi Taibinin adından belə xəbərlər dolaşırdı ki, o, general Süleymaninin gələn ilin prezident seçkiləri üçün ən yaxşı namizəd olduğunu deyib.
571 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı
29.11.16, 08:16
ABŞ-da