Şrift ölçüsü:
A+
A
A-
Kr
26 Aprel 2016

Mixail Qorbaçov:“SSRİ-ni Yeltsin dağıtdı, onlarla bacara bilmədim”

SSRİ prezidenti Mixail Qorbaçov Sovet İttifaqının dağılmasına görə məsuliyyəti öz üzərindən atmadğını bildirib.

Dünən Moskva Dövlət Unversitetində “Həyatdakı Qorbaçov” kitabının təqdimetmə mərasiminə qatılan M. Qorbaçov tələbələrin suallarını cavablandırıb.

“Mən SSRİ-nin dağılmasına görə məsuliyyəti öz üzərimdən ata bilmərəm. Amma əgər mənim “SSRİ-ni saxlamaq olardı” adlı kitabımı oxumusunuzsa orada həmin vaxt kimin nə ilə məşğul oduğunu detallı şəkildə yazmışam”,-deyə Qorbaçov bildirib.

Eks – prezident qeyd edib ki, rəhbərlik etdiyi parlament komissiyasından 2-3 dəfə gedib. “Lakin bir az sonra gah Yeltsin, gah da onun adamlarından kimsə gəlib deyirdi: Qayıdın. Mən onlara deyirdim: Razılaşmanızı gətirin. (Belovejsk sazişi nəzərdə tutulur-red) Əgər siz İttifaqı horraya və dumana dəyişmək istəyirsinizsə, mən bunun əleyhinəyəm.”

M.Qorbaçovun sözlərinə görə, o, SSRİ-nin saxlanması üçün var gücü ilə çalışıb: “Mən buna cəhd etdim, amma gücüm çatmadı. Onlarla bacara bilmədim. Onlar özlərini indi qəhrəman kimi təqdim edirlər, amma bu “qəhrəman”ların nə etdiyi barədə hələ çox müzakirə aparacağıq”,- deyə SSRİ prezidenti vurğulayıb./strateg/
515 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber