Şrift ölçüsü:
A+
A
A-
Kr
26 Aprel 2016

Tehran Vaşinqtonu beynəlxalq məhkəməyə verir

Tehran Vaşinqtonu beynəlxalq məhkəməyə vermək üçün iddia hazırlayıb.

Bu barədə məlumat verən İranın Prezident Administrasiyasının beynəlxalq hüquq mərkəzinin nümayəndəsi Mühəmməd Cəhrami deyib ki, belə bir addımın atılmasına səbəb ABŞ-ın İrana məxsus 2 mlrd dollar vəsaitin dondurulması barədə verdiyi qərardır.

Tehran ABŞ Ali Məhkəməsinin İranın aktivlərinin dondurulması ilə bağlı qərarı tanımır.

Bir müddət öncə ABŞ Ali Məhkəməsi İranın Mərkəzi Bankına dondurulmuş iki milyard dollar vəsaiti qaytarmaqdan imtina edərək bu vəsaitin 1983-cü ildə Beyrutda və digər vaxtlarda terror hadisələri zamanı ölən amerikalıların yaxınlarına təzminat kimi çatması barədə qərar çıxarıb.

İran tərəfi isə Vaşinqtonun bu qərarı ilə razılaşmayaraq beynəlxalq məhkəməyə müraciət edəcək və artıq bu iddia hazırdır..

Qeyd edək ki, mindən artıq amerikalı ailə terror hadisələri zamanı dünyasını dəyişən yaxınlarına kompensasiya verilməsi tələbi ilə çıxış ediblər. Onlar hesab edir ki, bu terror hadisələrində İranın əli var.

Xatırladaq ki, 1983-cü ildə Beyrutda baş verən terror zamanı 241 ameriaklı hərbçi ölüb./moderator/
516 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 11:39
B