Şrift ölçüsü:
A+
A
A-
Kr
26 Aprel 2016

İstanbulda dərnəyə bombalı hücum edilib

Türkiyənin İstanbul şəhərində fəaliyyət göstərən dərnəklərdən birinə bombalı hücum olub. Hadisə Baxçalıevlər rayonu Zəfər məhəlləsindəki Baharistan küçəsində baş verib.

Üzü bağlı naməlum şəxs həmin ünvanda yerləşən “Malatya Pütürge Kəndləri İctimai Yardımlaşma və Həmrəylik” dərnəyinin ofisinə partlayıcı qurğu atıb. Ofisdə partlayış baş verib dərnək üzvləri arasında çaxnaşma yaranıb.

Hadisə yerinə dərhal polis cəlb edilib. Ətrafda təhlükəsizlik tədbirlərini gücləndirən polis hadisə ilə bağlı araşdırmalara başlayıb.

Hadisə anında ofisdə olan şəxs hücum vaxtı içəridə 16 nəfər olduğunu, 1 nəfərin yüngül xəsarət aldığını deyib: “Qapını açaraq salam verdi, o anda partlayış baş verdi. Hamımız sağa-sola qaçışdıq. Nə baş verdiyini başa düşmədik. 16 nəfər idik, bir nəfər üzündən yüngül xəsarət aldı. Çox şükür başqa bir şey olmadı.”/ans/
438 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı