Şrift ölçüsü:
A+
A
A-
Kr
26 Aprel 2016

Dəməşqdə Həzrət Zeynəb (s.ə) hərəminin yerləşdiyi məhəllədə terror: 15 nəfər həlak oldu

Suriyanın paytaxtı Dəməşqin cənubunda Həzrət Zeynəbin (s.ə) hərəminin yerləşdiyi Seyyidə Zeynəb məhəlləsində bomba ilə yüklənmiş bir bir avtomobil partladılıb.

ABNA xəbər verir ki, hadisə bomba ilə yüklənmiş bir avtomobilin Seyyidə Zeynəb məhəlləsinə girişindəki nəzarət keçid məntəqəsində partladılması ilə baş verib.

Digər tərəfdən Qırmızı Aypara rəsmiləri partlayışda ən az 8 nəfərin öldüyünü, 4 nəfərin də yaralandığını bildirib.

PressTV-nin verdiyi xəbərə görə, hadisə şahidləri partlayışda həlak olanların sayının artıq 15 nəfərə çatdığını bildirib.

Hadisəni hələlik heç bir terror qruplaşması üzərinə götürməsə də, partlayışın İŞİD terror təşkilatının törədə biləcəyi güman edilir.

Qeyd edək ki, fevral ayında İŞİD-in eyni məhəllədə törətdiyi ardıcıl terror aktında 70-dən artıq insan həlak olmuşdur./deyerler/
443 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
08.12.16, 11:16