Şrift ölçüsü:
A+
A
A-
Kr
23 Dekabr 2013

Bal qədər faydalı balqabaq

Balqabaq siqaret çəkənlərin ağciyər xərçənginə tutulma riskini azaldır
Yüksək qida keyfiyyəti ilə yanaşı balqabaq orqanizmi A vitamini ilə təmin edən, görmə qabiliyyətini artıran, dəri hüceyrələrinin mütəmadi olaraq yenilənməsini təmin edən və xərçəng xəstəliyindən müdafiə edən antioksidantlarının zənginliyi ilə fərqlənir. Belarus alimlərinin araşdırmalarına görə, balqabaq bir çox xroniki xəstəliyə, Alzheymerə, erkən yaşlanmağa və xərçəngə qarşı qoruyucudur. Balqabaq siqaret çəkənlərin ağciyər xərçənginə tutulma riskini azaldır. Bağırsaq təmizləyici, qan şəkərini salıcı xüsusiyyəti olduğu üçün şəkər xəstələri də istifadə edə bilər.
Tərkibində bol kalium, ürək xəstəliyi riskini azaldıcı antioksidanlar var. Bədənin infeksiyalarla mübarizəsinə kömək edir. Çiy olaraq salatlara qatılıb yeyildikdə bədəni təmizləyir, sinirləri sakitləşdirir. Prostatı olan şəxslər, sonsuzluq və ya hormonal balanssızlığı olanlar, sümük əriməsi olanlar üçün xüsusilə xeyirlidir. Uşaqların sağlam inkişafına böyük xeyir verir.
1751 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 09:08