Şrift ölçüsü:
A+
A
A-
Kr
26 Aprel 2016

Qubada 15 yaşlı qız intihar etdi

Quba rayonunda itkin düşən 15 yaşlı qızın intihar etdiyi müəyyənləşib.

Daxili İşlər Nazirliyindən modern-ə verilən məlumata görə, aprelin 19-da itkin düşmüş Quba rayon sakini Güldanə Tağıyevanın həmin gün Samur-Dəvəçi kanalının Barlı kəndinin ərazisindən keçən hissəsində özünü kanala atması müəyyən edilib.

Onun meyitinin sudan çıxarılması üçün tədbirlər görülür.

Xatırladaq ki, aprelin 19-da günorta saatlarında Quba rayon sakini, 2001-ci il təvəllüdlü Güldanə Tağıyeva orta məktəbdən çıxmış və geri qayıtmamışdı. G.Tağıyevanın nişanlı olduğu bildirilir.
461 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
06.12.16, 07:34