Şrift ölçüsü:
A+
A
A-
Kr
26 Aprel 2016

“3 milyon Tağı Əhmədovun “tum pulu”dur”

“Metropolitenin keçmiş rəisi Tağı Əhmədovun keçmiş MTN-çilərə 3 milyon manat rüşvət verməsinə deyəsən təəccüblənənlər də var ki, bəs bu qədər pulu kişi “dəmir relslər”dən necə çıxarırmış..”.
Bu sözləri iqtisadçı Rövşən Ağayev məsələni şərh edərkən deyib.
R.Ağayev bildirib ki, əgər istənilən dövlət müəssisəsinin (şirkətinin) əlində yüz milyonluq dövriyyəsi varsa, 3 milyon həmin müəssisənin rəhbərinin “tum pulu”dur:
“2007-2013-cü illər Əhmədovun ən böyük pul dövriyyəsinə sərəncam verdiyi illərdir. Həmin dövrdə dövlət büdcəsindən metro tikintisinə 1.250 milyard manat, subsidiya kimi təxminən 100 milyon manat ayrılıb. Bu orta hesabla ilə 192 milyon manat deməkdir”.
İqtisadçı bildirib ki, məsələ bununla bitmir:
“Metronun özünün də illik gəlirləri var. Hələ Tağı müəllimin dövründə – metroda gediş haqlarının artmadığı vaxtlarda məlumatlı şəxslərdən aldığımız məlumat əsasında belə bir təqribi qiymətləndirmə aparmışdıq ki, metropolitenin gediş haqlarından, ticarət obyektlərindən topladığı haqlardan və reklam haqlarından gəlirləri 60-70 milyondan az deyil.
Yəni, Tağı müəllim 7 il ərzində ən azı 250-260 milyon manata sərəncam verən səlahiyyətli şəxs olub. Dövlət vəsaitləri üzərində effektiv ictimai və rəsmi nəzarətin olmadığı şəraitdə 250 milyondan nə qədər qazanmağın mümkünlüyünü təsəvvür etmək belə çətin”.
Qeyd edək ki, mətbuatda ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin sabiq idarə rəisi Akif Çovdarovun Tağı Əhmədovdan 3 milyon manat alması barədə xəbərlər yayılıb./modern/
438 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı
28.11.16, 18