Şrift ölçüsü:
A+
A
A-
Kr
27 Aprel 2016

İran: “Ər-Riyad səbrimizlə oynamamalıdır”

Regionumuzun problemləri bizim üçün əsas məsələdir.

Bunu Amerikanın “Nyu Yorker” jurnalına açıqlamasında İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif söyləyib. Onun sözlərinə görə, İran bölgədəki problemlərin həlli üçün müxtəlif həll variantları təklif edib:

“Bu təkliflərimiz, xüsusilə, Səudiyyə Ərəbistanı tərəfindən diqqətə alınmadı. Biz Fars körfəzi ölkələrinin 8 il davam edən savaşda Səddam Hüseynə dəstək vermələrinə göz yumduq. Bizim nüvə danışıqları ilə məşğul olduğumuz iki il yarım ərzində Səudiyyə müzakirələri dağıtmaq üçün əlindən gələn hər şeyi etdi. Biz yenə də öz əsəblərimizə hakim olduq. Amma Ər-Riyad səbrimizin həddinin olmasını unutmamalıdır”./axar/
507 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
08.12.16, 16:44