Şrift ölçüsü:
A+
A
A-
Kr
27 Aprel 2016

Tərtərin 6 kəndinə ciddi ziyan dəydi - Fotolar

Erməni silahlı birləşmələrinin atəşkəsi növbəti dəfə pozması nəticəsində Tərtərdə bir sıra yaşayış evlərinə cidd ziyan dəyib.

Ümumilikdə Tərtər şəhər mərkəzi də daxil olmaqla, 6 yaşayış məntəqəsi ziyan çəkib.

Tərtər rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədovun verdiyi məlumata görə, Ermənistan ordusunun Azərbaycanın işğal altında olan torpaqlarının təmas xəttinə yaxın yerləşən yaşayış məntəqələrini atıcı silahlardan, eləcə də artilleriya qurğularından atəşə tutması nəticəsində 21 fərdi yaşayış evinə ciddi ziyan dəyib. Rayonun Qaynaq və Həsənqaya kəndlərində yerləşən iki ev isə tamamilə dagıdılıb.

Evlərin həyətyanı və əkin sahələrinə çoxlu sayda mərmi düşüb.

Bundan basqa 110 kilovatlıq Naftalan-Tərtər elektrik xətti, 35 kV-lıq İsmayılbəyli yarımstansiyası və 10 kV-lıq Tərtər Şixarx elektrik xətti qarşı tərəfin atdığı top mərmiləri nəticəsində tamamilə dagıdılıb. Eləcə də 6 yaşayış məntəqəsində elektrik, su, qaz və rabitə təsərrufatına ciddi ziyan dəyib.

Yaranmış problemlər adiyyəti qurumlar tərəfindən yenidən bərpa edilib, əhali bütün kommunal xidmətlərlə təmin olunub./axar/






598 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
04.12.16, 09:40